Forum teatr tamaşaları üzrə "Dəyirmi masa" lar təşkil edilib
““Şagirdlərin Forum Teatrı" – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin həllinə ictimai diqqətin artırılmasına dəstək" layihəsi Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum teatrın tətbiqi ilə məktəblilər arasında yaradıcı mühitin inkişaf etdirilməsi və bu öyrədici alətlərdən istifadə etməklə sosial problemlərin həllinə dəstək olmaqdır.
Layihənin icra müddətində 2 “Dəyirmi masa” təşkil edilib və bu müzakirələrin əsas məqsədi layihə üzrə Forum teatr tərcrübələrini müəllimlər, valideynlər, eləcə də, digər maraqlı tərəflərlə bölüşmək olub.
Tədbirdə həm fəaliyyətlər icra olunan orta məktəbin layihəyə cəlb edilmiş müəllimləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.
Layihənin idarə heyəti görüşlərdə iştirak edən qonaqlara layihənin məqsəd və vəzifələri haqqında məlumat verib, dünyada və ölkəmizdə Forum teatr fəaliyyətlərinin cəmiyyətdə baş verən sosial problemlərə ictimaiyyətin diqqətinin cəlb olunması üçün effektiv sosial “alət” olaraq istifadə olunmasından söz açıblar.
Daha sonra “Dəyirmi masa” iştirakçıları fikirlərini bölüşüblər, gələcəkdə bölgələrdə belə sosial yönümlü layihələrin icra edilməsinin vacibliyini vurğulayıblar.