146
logo

Cəlilabadda “SMART City- rəqəmsal dünyanın proqramlaşdırma dili”layihəsinin bağlanış mərasimi keçirilib

  • Bazar ertəsi 20 Fevral 2023



Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihələrindən olan “SMART City- rəqəmsal dünyanın proqramlaşdırma dili” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbir məktəb direktorları, layihənin idarə heyəti, müəllimlər, şagirdlər və valideynlərin iştirak ilə  Ak. Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra layihə rəhbəri Fariz Rzayev layihənin icrası prosesində görülən işlərlə bağlı məlumat verib.

Daha sonra digər qonaqlar çıxış edərək ç layihənin şagirdlərə maraqlı və faydalı olmasından, proqramlaşdırma dillərini səmərəsindən danışıblar.

Tədbirin sonunda layihə iştirakçıları olan şagirdlərə sertifikatlar, “SMART şagird-proqramlaşdırma yarışı" müsabiqəsinin qaliblərinə diplomlar, təqdim edilib.