146
logo

Bu uşaqlar əsl kimyagərdir!

  • Çərşənbə 19 Fevral 2020



Məharət müəllimin məharətləri!

          Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Məharət Qarayev "Seçilmişlər qrupu" adlı layihə ilə səs salıb. Belə ki, məktəb rəhbərləri və kimya müəllimlərinin iştirakı ilə keçirilmiş seçim turlarında nailiyyət əldə edən 16 şagird kimya fənni üzrə praktik dərslərdə iştirak edir. Dərslər Akademik Zərifə Əliyeva adına liseydə həftənin IV və VI günləri keçirilir. Kimyanın nəzəri məlumatları ilə tanış olan şagirdlər qazandıqları məlumatları laborator dərslərdə praktik olaraq görür və tətbiq edirlər. Eyni zamanda istər nəzəri, istərsə də praktik məsələ və problemlərin həll olunması ilə məşğul olurlar. 


             Xüsusilə praktik kimyaya maraq göstərən şagirdlər heç vaxt görmədikləri təcrübələri nəinki görür, eyni zamanda özləri hesablama aparırlar. Heç vaxt maddələrlə işləməmiş şagirdlərin labarator avadanlıqlarla rahat rəftar etmələri, ölçmələr aparmaları və təcrübələr həyata keçirmələri layihənin ən böyük uğuru olmuşdur. Bu da kimyanın orta məktəblərdə əsas problemi olan praktik tətbiq etmə məsələsinin həllində müsbət addım hesab oluna bilər.