146
logo

Daha bir layihə uğurla icra edilib

  • Çərşənbə axşamı 7 Mart 2023



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqəsində qalib olan "Sağlamlıq imkanları məhdud şagirdlər üçün sağlam psixoloji mühit yaratmaq məqsədi ilə müəllim, valideyn və şagird arasındakı münasibətləri tənzimləmək" layihəsinin bağlanış tədbiri keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Sahil Əlizadə çıxış edərək, layihənin müasir dövr üçün aktual problemlərdən biri olduğunu qeyd edərək, bildirdi ki, layihə iki istiqamətdə nəzərdə tutulub. Layihədə həm inkluziv təhsil, həm də  müəllim, valideyn və şagird münasibətləri nəzərə alınıb.

Culfa rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev çıxış edərək, Naxçıvan MR da qrant qazanmış layihələrdən söz açaraq bildirdi ki, bu il Culfa rayonunda da iki layihə qrant qazanmışdır. Onlardan biri  Günel Quliyevanın layihəsidir. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə qarşı yaranan mənfi situasiyaların aradan qaldırılması və bununla da onlar üçün sağlam psixoloji mühit yaratmaqdır.

Tədbirdə layihənin eksperti, V qrant layihə qalibi Xədicə Məmmədova çıxış edərək, keçirilən qrant layihələrin əhəmiyyətinədən, innovativ müəllimlər üçün yaratdığı imkanlardan bəhs edib. Mövcud layihənin məqsəd və vəzifələrin diqqətə çatdıraraq, uğurla həyata keçirildiyi üçün layihə rəhbərini təbrik edib.

Daha sonra layihə rəhbəri Günel Quliyeva layihə çərçivəsində görülən işlər barədə təqdimatla çıxış edib. Bildirdi ki, layihə çərçivəsində Culfa rayon ümumitəhsil məktəblərində mövcud psixoloji mühiti araşdırmaq üçün 8 məktəbə gedərək, şagirdlərlə söhbətlər aparılmış və sorğu anketlər keçirilib. Əldə olunan nəticələr əsasında  təlim materialları hazırlanmış, məktəb psixoloqları və müəllimlər üçün təlimlər təşkil edilib. Təlimlər Naxçıvan Müəllimlər institutunun, Naxçıvan Dövlət Universitetinin psixoloq və pedoqoqları eyni zamanda öz fəaliyyətində seçilən təlimçilər tərəfindən uğurla keçirilib.

Sonda təlimlərdə iştirak edən  məktəb psixoloqları və müəllimlərə sertifikatlar təqdim edilib.