146
logo

“ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsi çərçivəsində hazırlanmış veb-saytın təqdimatı

  • Bazar ertəsi 13 Mart 2023



Təhsildə inkisaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində “ümumi təhsil” kateqoriyası üzrə qalib layihələrdən biri olan “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsi  çərçivəsində hazırlanmış veb-saytın təqdimat mərasimi   keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə layihənin rəhbəri Bakı Şəhəri Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva açıb. O, layihənin  gələcəkdə Azərbaycanın  Beynəlxalq Linqvistika Olimpiadası - İLO-da iştirakını təmin etmək və olimpiadada ölkəmizi təmsil edəcək  potensiallı şagirdlərin seçiminin qarşıda duran əsas məqsəd olduğunu vurğulayıb.

Bunun üçün ilkin olaraq ölkəmizdə İLO-nun (BLO-nun)  milli turunun - Azərbaycan Linqvistik Olimpiadasını (ALO) təşkil ediləcək. Artıq olimpiadaya qeydiyyat başlayıb və üç mərhələdə keçiriləcək olimpiadada VII-XI sinif şagirdləri iştirak edə bilər.

İlk mərhələ - milli seçim turu 01 aprel 2023-cü il tarixində, yarımfinal və final tur əyani şəkildə 08 aprel 2023-cü il  və 09 aprel 2023-cü il tarixlərində keçiriləcək.