146
logo

VII qrant müsabiqəsinin layihə qəbulunun son günü

  • Cümə 31 Mart 2023



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant” müsabiqəsinə qatılmaq üçün layihələrin qəbulu prosesinin son günüdür. Müsabiqədə iştirak etmək istəyənlər  martın 31-i saat 23:59 dək layihələrini təqdim etməlidirlər. 

Layihələrin qəbulu  www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla bu elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.

Müsabiqə barədə hər hansı sualınız olduğu təqdirdə grants@edu.gov.az e-poçt ünvanına müraciət edə bilərsiniz.