146
logo

Mənim riyazi bələdçim

  • Bazar ertəsi 3 Aprel 2023



Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi layihələr  qalibi  olan  "Mənim riyazi bələdçim" layihəsinin bağlanış tədbiri keçirilib.

Tədbir layihənin icra olunduğu 247 nömrəli tam orta məktəbdə təşkil olunub.

Bağlanış tədbirində məktəbin direktoru Sitarə Abbasova, tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva, layihə rəhbəri Naidə İbrahimova, müəllim heyəti, şagirdlər və qonaqlar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sitarə Abbasova layihənin əhəmiyyətindən, görülən işlərdən danışıb.

Daha sonra layihə rəhbəri Naidə İbrahimova "Mənim riyazi bələdçim" ayihəsi  çərçivəsində görülən işlər və nəticələr barədə məlumat verib. O, layihənin  məqsədinin  "Khan Academy" platformasından istifadə etməklə  şagirdlərin  riyaziyyat fənninə marağını artırmaq, onlara riyazi biliklərə sərbəst şəkildə yiyələnmək bacarıqlarını aşılamaqdan ibarət olduğunu bildirib. Layihə çərçivəsində görülən işlərdən danışan layihə rəhbəri Naidə İbrahimova layihənin şagirdlərin təlim nəticələrinə, onların tətbiqlərdən istifadə bacarıqlarına müsbət təsirini vurğulayıb. O bildirib ki,"Mənim riyazi bələdçim" layihəsi şagirdlərə riyaziyyatı tətbiqdən istifadə etməklə  öyrənmək istədikləri hər yerdə öyrənə bilmə bacarıqları qazandırıb.

Layihənin davamlılığından söhbət açan layihə rəhbəri təkcə dərsdənkənar məşğələlərdə deyil, dərs prosesində də "Khan Academy" platformasından istifadə olunacaq. Həmçinin şagirdlərə ev tapşırığı kimi platformadakı tapşırıqlardan istifadə edəcəklərini qeyd edib.

Bağlanış tədbirində şagird çıxışları dinlənilib. Şagirdlər "Khan Academy" platformasının onlar üçün  maraqlı olduğundan, dərsdənkənar məşğələdə platformadakı tapşırıqları böyük həvəslə yerinə yetirdiklərindən danışıblar. Hətta evdə də platformaya daxil olaraq öz nəticələrini yüksəltdiklərini qeyd ediblər.

Sonda şagirdlər layihədə iştiraklarına görə sertifikatla təltif olunublar.