146
logo

"Birlikdə onlayn öyrənək" layihəsinin bağlanış tədbiri keçirilib

  • Bazar ertəsi 17 Aprel 2023



Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "fərdi kateqoriya" nominasiyası üzrə qalibi Bakı şəhər 114 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elfira Nurullayevanın "Birlikdə onlayn öyrənək" layihəsinin bağlanış tədbiri keçirilib.


Sözügedən layihədə Bakı şəhər 114 №-li tam orta məktəbin rəhbər heyəti, təlimçi, ekspert, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.


İştirakçılar 14 oktyabr 2022-ci il tarixindən altı ay boyunca layihə çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər.


Bağlanış tədbirində iştirak edən 114 nömrəli tam ortaməktəbin direktoru Ceyran Novruzova, məktəbin direktor müavinləri Rizvan Həmidov, Kənan Quliyev, sinif müəllimləri və digər qonaqlar çıxışlarında şagirdlərə layihədə aktiv iştirak etmələrinə görə  təşəkkür edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.


Həmçinin mərasimdə çıxış edən "Birlikdə onlayn öyrənək" layihəsinin rəhbəri Elfira Nurullayeva layihə çərçivəsində görülən işlərdən danışıb, gələcəkdə bu kimi layihələrin daha çox şagirdin əhatə etməsinin önəmini qeyd edib.


Bildirilib ki, layihənin məqsədi şagirdlərdə Khan Academy vasitəsilə sərbəst onlayn öyrənmə bacarığını formalaşdırmaqdır.


Tədbirin yekununda iştirakçılara layihəni uğurla başa çatdırmaları münasibətilə sertifikatlar təqdim olunub.