"Məntiqlə düşün, uğur qazan" layihəsinin bağlanış mərasimi
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "Fərdi layihə" kateqoriyası üzrə "Məntiqlə düşün, uğur qazan" layihəsinin bağlanış mərasimi təşkil edilib.
Bağlanış mərasimində Qazax-Tovuz Regional Təhsil İdarəsinin İnzibati təşkilat sekorunun aparıcı məsləhətçisi Nəcibə Vəliyeva Qasımova və Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, layihə eksperti Səltənət Qurbanova, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Layihə rəhbəri Xəyal Nəsibov layihə ilə bağlı təqdimatla çıxış edib. O, tədbir iştirakçılarına layihənin tamamlanmış və gələcəkdə davamlılığı haqqında ətraflı məlumat verib.
Digər qonaqlar da layihənin uğurla tamamlanması münasibəti ilə iştirakçıları təbrik etmiş və layihənin təqdirəlayiq olmasını vurğulayıblar.
Daha sonra layihə çərçivəsində görülmüş işlərə dair videoçarx iştirakçılara təqdim olunub.
Sonda qrant layihə iştirakçılarına sertfikatlar və hədiyyələr təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.