146
logo

"PhET" interaktiv simulyasiya platforması Azərbaycan dilinə tərcümə edilib

  • Bazar 28 May 2023



Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan “PhET interaktiv simulyasiya platformasının Azərbaycan məktəbləri üçün adaptasiyası” layihəsi çərçivəsində https://phet.colorado.edu/ platforması Azərbaycan dilinə tərcümə edilib və tətbiqinə başlanılıb. 

Məlumat üçün qeyd edək ki, əsası 2002-ci ildə Nobel mükafatı laureatı Karl Vieman tərəfindən qoyulan "PhET" platforması kimya, təbiət elmləri, biologiya və riyaziyyat fənninin tədrisi və öyrənilməsi üçün 100-dən çox interaktiv simulyasiya toplusundan ibarətdir. Layihə çərçivəsində Azərbaycan dilində lokallaşdırılmaqla əlçatanlığı təmin edilmiş platformanın 6 məktəbdə təqdimatı keçirilmiş və tədris prosesində tətbiqi təmin olunmuşdur.

Qeyd edək ki, layihə 6 mərhələdən ibarət olmaqla 8 ayı əhatə edib.