Qrant müsabiqəsi çərçivəsində icra olunan layihə bir ilkə imza atacaq
VI qrant müsabiqəsində qalib omuş "Şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadalarına (iGeo və eGeo)
hazırlıq” layihəsi
çərçivəsində ilk
dəfə şagirdlər üçün çöl təcrübələri keçiriləcək.
Qeyd
edək ki, məqsəd layihədə iştirak edən şagirdlərin İndoneziyanın Bandunq
şəhərində keçiriləcək
XIX iGeo Beynəlxalq Coğrafiya
Olimpiadasına hazırlamaqdan ibarətdir.
Ölkəmizi
təmsil edəcək komandaya şagird seçimi üç turdan ibarətdir. Birinci turda
RFO coğrafiya yuxarı yaş qrupu qalibləri iştirak ediblər. Onların arasında
layihənin müdavimləri də
var. II tur çöl təcrübəsi bacarıqlarının yoxlanılması üzərindən olacaqdır. Bu
turda I turdan keçən şagirdlərə ərazi üzrə çöl tədqiqatları aparmaq, təhlillər
etmək, ərazinin tarixi inkişaf dinamikasını təhlil etmək, ərazinin xəritəsini
hazırlamaq, verilən obyektlərin xəritə üzərindəki sahələrini, perimetrlerini
hesablamaq, ərazi üzrə təsərrüfat obyektlərinin düzgün şəkildə xəritədə yerləşdirmək
və onların SWOT analizini aparmaq, dayanıqlı inkişaf kompetensiyalarIna cavab vermələrini dəyərləndirmək
və öz təkliflərini vermək kimi bacarıqlar tələb olunacaqdır.
Qeyd
edilən çöl işləri, iGeo-nun əsas mərhələlərindən biri olub, şagirdlərə əsas xal
verən mərhələ sayılır. Şagirdlərin ümumi nəticəsinə 60 % təsir edir. İyunun 10-da keçiriləcək
çöl işləri, təhsilimizdə şagirdlər üçün bir ilk olacaq. İndiyədək şagirdlər üçün belə geniş və
ixtisaslaşmış çöl işləri həyata keçirilməmişdir. Bu il komanda hazırlıqları
ciddi şəkildə həyata keçirilib və Elmlər Akademiyasının Coğrafiya İnstitunun əməkdaşları
ilə yanaşı Bakı Dövlət Universitetinin
və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin əməkdaşları da dəstək göstəriblər.
Yerli mütəxəssislərlə yanaşı qardaş Türkiyənin də mütəxəssisləri yaxından
iştirak edirlər.
Ölkə komandasının seçmə mərhələsinin III turu elmi məqalə
yazmaq olacaqdır. Belə ki, hər iki ildən bir IGU Beynəlxalq Coğrafiya Birliyinin keçirdiyi
konfransda iGeo -da iştirak edən şagirdlərdən öncədən elan edilən mövzu üzrə
hazırladıqları elmi araşdırma işlərindən fərqlənənləri həmin elmi konfransda təqdim edib, daha sonra elmi məcmuədə nəşr ediləcək.
Qeyd
edək ki, icra edilən layihənin rəhbəri Bakı şəhəri Nəsimi rayonu 8 nomrəli məktəbin və Fortis
Academy -nin coğrafiya müəllimi Yaşar Seyidəliyevdir.