Məktəbdən Beynəlxalq Arenaya
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "Fərdi" kateqoriya üzrə qalibi olan "Məktəbdən Beynəlxalq Arenaya " layihəsinin bağlanış tədbiri keçirilib.
Bağlanış tədbirindən əvvəl layihə Şəhid idmançıların xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub, onların həyat yolları haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra layihə müddətində idmanın Karate növü üzrə təlim görmüş idmançı şagirdlər arasında yarış təşkil edilib. Yarış zamanı idmançı şagirdlər “Kata”, ”Kumite”, "Kihonlar”, ”Nunchaki” üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Sonda qrant layihə iştirakçılarına sertifikatlar və medallar təqdim olunub.
Qeyd edək ki, "Məktəbdən Beynəlxalq Arenaya" layihəsi 7 ay müddətində Bakı şəhəri Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə icra edilib, layihənin rəhbəri və təlimçisi məktəbin fiziki tərbiyə müəllimi Şamil Qorxmaz oğludur.