“Qəbul imtahanları modelinə uyğun sınaq qiymətləndirmə sistemi” layihəsinin bağlanış mərasimi keçirildi
Akademik Zərifə Əliyeva adına liseyin “Qəbul
imtahanları modelinə uyğun sınaq qiymətləndirmə sistemi” adı altında III qrant
layihəsinin bağlanış mərasimi keçirildi.
Layihə 16
sentyabr 2019-cu ildən 15 fevral 2020-ci il tarixinə qədər müddətdə icra olunmuşdur.
Layihənin məqsədi Dövlət İmtahan Mərkəzi
və Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsil
alanların buraxılış və ali təhsil müəsssisələrinə qəbul imtahanlarının yeni modelinə uyğun sınaq qiymətləndirmələrin
təşkili, cavab kartlarının elektron sistem vasitəsilə yoxlanması, şagirdlərin
sistemə uyğun bacarıq və vərdişlərinin, müəllimlərin müxtəlif tapşırıq növlərinin
hazırlanması və meyarlara uyğun yoxlanması təcrübəsinin artırılması və elektron
platformanın yaradılması.
Əsas fəaliyyətlər və əldə olunan nəticələr:
layihə çərçivəsində
IX və XI siniflərin buraxılış imtahanları və qəbul imtahanları modelinə uyğun
sınaqların keçirilməsi ilə bağlı elektron sistem yaradılmışdır. Beş ümumtəhsil
(18 saylı tam orta məktəb, 82
saylı tam orta məktəb, 251 saylı tam orta məktəb, 189-190 saylı məktəb lisey
kompleksi,191 saylı tam orta məktəb) məktəbinin IX və XI sinifləri layihəyə
cəlb olunmuş, həmin məktəblərin Ana dili, riyaziyyat və ingilis dili fənnləri üzrə
30 fənn müəllim ilə yeni tip açıq suallar, ingilis dilindən dinləyib-anlama
kimi tapşırıqların hazırlanması və meyarlara əsasən yoxlanması istiqamətində təcrübə
mübadiləsi aparılmış 986 şagirdə 3 dəfə həm buraxılış, həm də qəbul imtahanına
uyğun sınaq keçirilmış, elektron şəkildə şagirdlər cavabları ilə tanış olmuş və
hər bir müəssisəyə statistik məlumatlar göndərilmişdir. Layihə həmin müəssisələrin
keyfiyyət göstəricilərinin yaxşılaşdırlması istiqamətində təhlil və imtahanlara
hazırlıq məqsədilə metodiq işin təşkili üçün mühüm rol oynaya bilər.