Coğrafiya fənnindən beynəlxalq olimpiadalara hazırlıq dərsləri
Oktyabrın
16-da Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi “Beynəlxalq
olimpiadalara (iGeo və eGeo) hazırlıq” layihəsi icrasına başlayıb.
Açılış
tədbirində AMEA Coğrafiya İnstitutunun baş direktoru c.e.d. prof. Zakir Eminov
və akademiyanın əməkdaşı, Turizm və rekreasiya şöbəsinin rəhbəri c.e.d. Zaur
İmrani və BDU-nun c.e.d. Şəkər Məmmədova iştirak ediblər.
Zakir
Eminov coğrafiyanın aktual problemləri, beynəlxalq coğrafiya proqramında
istifadə olunan mövzuların dünya ölkləri qarşısında duran əsas problemləri və
bu probləmlərin həlli üçün yüksək keyfiyyətli kadr yetişdirilməsinin zəruriliyindən
söz açıb. Bildirib ki, ölkənin gələcək inkişafında yüksək peşakarlığa malik
kadrların yetişməsi əvəzsiz rola malik olacaq. Bu istiqamətdə layihənin rolunun
böyük olduğunu və AMEA Coğrafiya İnstitunun daim dəstək olacağını vurğulayıb.
Daha
sonra Şəkər Məmmədova gənc nəslin coğrafiyaya meyl etməsini və orta məktəblərdə
coğrafiyadan istedadlı şagirdlərin yetişməsinin qürurverici hal olduğunu
bildirdi. Layihə çərçivəsində artıq ölkəyə 5-ci bürünc medalın gəldiyini və
layihə məzunlarından birinin məhz BDU-nun Coğrafiya fakültəsini seçdiyinin
sevincini bildirdi. Belə ki, dəfələrlə beynəlxalq olimpiadaların iştirakçısı
olmuş Rəsul Hüseynovun ixtisas seçimi BDU-nun Coğrafiya fakültəsi olduğunu deyib.
Sonra
Zaur İmrani layihə çərçivəsində AMEA Coğrafiya İnstitunun əvəzsiz rolundan
danışıb. Bu il İndoneziyada təşkil edilən 19-cu iGeo-da ölkəni təmsil etmək
üçün komanda seçimlərinin akademiyada təşkil edilməsindən, juri heyətinin və
akademiyanın elmi işçiləri ilə yanaşı digər mütəxəssislərin iştirakı ilə 6 nəfərlik
heyətin təşkil olunmasından danışıb.
Layihə
iştirakçıları xüsusən əvvəlki illərdə Respublika fənn olimpiadalarında qalib gəlmiş
şagirdlərdir.
Qeyd
edək ki, beynəlxalq olimpiadalara hazırlıq dərslərini təşkil edəcək layihənin rəhbəri
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin 5-ci dəfə ardıcıl
qalib olmuş Yaşar Seyidəliyevdir.