146
logo

İngilis dilinin tədrisində "Duolingo" platformasının dəstəyi

  • Şənbə 28 Oktyabr 2023



27 oktyabr 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə "İngilis dilinin tədrisində "Duolingo"  platformasının dəstəyi" layihəsinin açılış mərasimi keçirilib.

Belə ki, adıçəkilən məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olaraq yuxarıda qeyd olunan layihəni reallaşdırmaq imkanı əldə edib.

Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Könül Hüseynova layihə haqqında ətraflı məlumat verib.

İngilis dili müəllimi Zəminə Mikayılova isə çıxışında bildirdi ki, bu layihənin həyata keçirilməsi şagirdlərin buraxılış imtahanlarında ingilis dilindən  yüksək nəticələr əldə edilməsində yardımçı olacaqdır.

10b sinif şagirdi Niftəliyev Murad və 11 a sinif şagirdi Əlizadə Leylanın ingilis dilində çıxışları hər kəsin marağına səbəb olub.

Daha sonra məktəbin istedadlı şagirdləri rəqs,  şeir və vətənpərvər ruhlu mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər.