146
logo

Məktəb Lisey Kompleksində VII qrant müsabiqəsinin 3 qalib layihəsi icrasına başlayıb

  • Bazar ertəsi 30 Oktyabr 2023



Bakı Şəhəri Məktəb Lisey  Kompleksində  Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "fərdi"kateqoriyası üzrə qalib olmuş 3 layihənin təqdimatı keçirilib.

Tədbirində   Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, məktəb direktorları, təhsil işçiləri, hər üç layihədən yararlanacaq şagirdlər, valideynlər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Giriş sözü ilə çıxış edən MLK-nım direktoru Esmira Quliyeva  Təhsildə inkişaf və innovasiyalar üzrə   qrant müsabiqəsinin əhəmiyyəti haqqında məlumat verib.

Layihə rəhbərləri öz təqdimatlarında bildirmişdirlər ki,  məktəbdə təlim-tərbiyə prosesinin yüksək göstərcilərlə həyata keçirilməsi, keyfiyyətli təhsilin əldə olunması strateji cəhətdən dövlətin verdiyi qərar və sərəncamlarla tənzimlənirsə, praktiki cəhətdən isə bilavasitə həmin prosesin iştirakçılarının uğurlu fəaliyyətindən asılıdır. Bu günün təhsili - "İnformasiya -Təhsil məkanı" mühitində reallaşır. Müasir müəllim belə bir informativ mühitdə özünü sərbəst hiss etməli, qoyulmuş konkret pedaqoji məqsədlərə müasir informasiya texnologiyaları vasitəsi ilə asanlıqla nail olmalıdır. Müasir təhsil sisteminin vəzifəsi dövrün çağrışlarına cavab verən vətəndaş yetişdirkməkdir. XXI əsrin 4K adlandırılan kompetensiyaları: kritik düşünmə, kommunikativlik, kreativlik, kooperasiyadır. Bu kompetensiyaları formalaşdırmaq və inkişaf etdirmək üçün fərqli öyrənmə üsulları  tətbiq olunmalıdır. Bununla yanaşı XXI əsr insanının  baza biliklərinə daxil olan riyazi düşünmə, İKT  savadlılığı və xarici dil bilmə   savadlılığını artırmağa  xidmət edir.

Layihələrdə təlimçi kimi fəaliyyət göstərəcək Aytac Nəcəfova qeyd etdi ki, Məktəb Lisey  Kompleksində məhz eyni məkanda  bu layihələrin paralel şəkildə  tətbiq olunması şagirdlərin təlim nəticələrinin, akademik göstəricilərində müsbət dinamikaya səbəb olacaq.

Qeyd edək ki, Məktəb Lisey Kompleksin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Gülər Rəsulovanın  “ Koobits - Riyaziyyatın  təcrübə ilə öyrənmək vasitəsi! ”, Gülşən Vahidovanın  “ Duolingo - xarici dilləri öyrənmənin  asan və effektiv üsulu”  və Fərqanə Əliyevanın  “Rosseta Stone ilə ingilis dilini səmərəli və əyləncəli şəkildə öyrənək” layihələri VII qrant müsabiqəsində uğur qazanmışdır.