“KHAN ACADEMY" hər bir şagird və hər bir sinif üçün real nəticələr
Bazar ertəsi 30 Oktyabr 2023
Oktyabrın 27-də 317 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “KHAN ACADEMY" Hər bir şagird və hər bir sinif üçün real nəticələr" layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində məktəbin direktoru, layihə rəhbəri Leyla Əliyeva layihə haqqında ətraflı məlumat verib, layihənin məqsədi və layihə müddətində nəzərdə tutulan fəaliyyətlər haqqında çıxış edib. Leyla Əliyeva Dövlətin təhsil siyasətinin əsas priortet istiqamətlərindən olan təhsilalanların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi üçün təhsil müəssisələrinin üzərinə düşən vəzifələri qeyd edərək rəhbəri olduğu layihənin məqsədinin bu istiqamətə hədəfləndiyini vurğulayıb.
Qrant Layihənin həm şagirdlərin rəqəmsal bacarıqlarının, həm də riyazi savadlılığının və məntiqi təfəkkürünün inkişafında böyük rol oynayacağı barədə məlumat verib.
Açılış mərasimi bədii hissə ilə davam edib, şagirdlərin ifasında rəqs, musiqi və şeir səsləndirilib.
"Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə müsabiqədə nizamnaməsi, VÖEN-i və ona bağlı bank hesabı olan dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İştirakçı bu tələblərə cavab vermədiyi təqdirdə məzmun ekspertizası mərhələsinə buraxılmayacaq və müsabiqədə iştirakı sonlandırılacaq.