146
logo

"İnklüziv qruplarda STEAM məşğələləri" layihəsi təqdim olunub

  • Bazar ertəsi 30 Oktyabr 2023



Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra olunan "İnklüziv qruplarda STEAM məşğələləri" layihəsinin təqdimat mərasimi keçirilib.

"Fərdi" kateqoriya üzrə qalib gələn 55 nömrəli tam orta məktəbin müəllimi Ravil Abdullayev tərəfindən həyata keçirilən layihənin təqdimat mərasimində təhsil müəssisəsinin direktoru Yaqut Kərimli, STEAM üzrə mütəxəssis Sona Kərimova, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə layihə barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, lahiyənin əsas məqsədi məktəbin V-IX siniflərinin inklüziv qruplarındakı şagirdlər üçün STEAM təlimlərini təşkil etmək, onlarda bu sahə üzrə bilik və bacarıqları artırmaqdan ibarətdir. Layihə çərçivəsində şagirdlərə dərslər zamanı qarşılıqlı inteqrasiya yolu ilə öyrənmə texnologiyaları aşılanacaq. "Microbit.org" və "Tinkercad.com" platforması üzərindən mühəndislik, dizayn yaratmaq, lahiyələr hazırlamaq üzrə dərslər keçiriləcək.

Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqların digər həmyaşıdları ilə birgə səmərəli vaxt keçirməsini təmin etmək və birgə öyrənmə imkanlarını yaratmaq "İnklüziv qruplarda STEAM məşğələləri" layihəsinin əsas hədəflərindəndir.