146
logo

“LOGOS şagirdlərin nitq və ünsiyyət yönlü bacarıqlarının inkişaf etdirilməsi” layihəsi icrasına başlayıb

  • Çərşənbə 1 Noyabr 2023



Oktyabrın 30-da Laçın rayon Ramiz Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “LOGOS şagirdlərin nitq və ünsiyyət yönlü bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri keçirilib.

Açılışda Laçın Rayon Təhsil Sektorunun metodisti, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.

Layihənin əsas məqsədi məktəblilərin natiqlik və təqdimat bacarıqlarının artırılmasına dəstək olmaq və regionda təlimçi bazası yaratmaq, 10 müəllim üçün “Təlimçilər üçün təlim” formatında natiqlik təlimlərinin keçirilməsi,10 məktəbdə natiqlik klublarının yaratmaqdan ibarətdir.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.

Layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.