146
logo

"İngilis dili danışıq klubu" adlı layihə icra edilir

  • Cümə axşamı 2 Noyabr 2023



31 oktyabr 2023-cü il tarixində Mingəçevir şəhər R. Mirabov adına 7 nömrəli tam orta məktəbdə VII qrant müsabiqəsinin "Ümumi təhsil" kateqoriyası üzrə qalibi olmuş "İngilis dili danışıq klubu" adlı layihənin açılış təqdimatı keçirilib.

Tədbirdə Mingəçevir Dövlət Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, Mingəçevir şəhər Təhsil sektorunun aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə, məktəb direktorları, layihədə iştirak edəcək şagirdlər, təhsil nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbir Dövlət Himninin sədaları ilə açıq elan edilib və Vətən uğrunda həlak olmuş şəhidlərin ruhunun anılması ilə başlanılıb.

Layihə rəhbəri Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi və həmin müsabiqənin qalibi olmuş "İngilis dili danışıq klubu " layihəsi haqqında və görüləcək işlər barəsində tədbir iştirakçılarına geniş məlumat verib.

Sonra isə çıxışında layihənin təlimçisi Şəfa Hümbətova layihə müddəti ərzində təlimlər haqqında və 6 ayın sonunda gözlənilən nəticələr haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra qonaqlar layihə haqqında təəssüratlarını bölüşüblər. Tədbir şagirdlərinin "Zəfər" rəqsi ilə yekunlaşıb.