146
logo

Bakı məktəblilərinin I MUN konfransının açılış tədbiri keçirilib

  • Cümə 3 Noyabr 2023



Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin nəticələrinə əsasən “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qrant qazanmış 74 nömrəli tam orta məktəbin " Bakı məktəblilərinin l MUN konfransı" layihəsinin açılış mərasımi keçirilib.
Tədbirdə layihə rəhbəri - 74 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov, 322 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazov, 256 nömrəli tam orta məktəbin direktoru Xeyrulla Haqverdiyev, 169 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov , 146 nömrəli tam orta məktəbin direktor müavini Tacəddin Allahyarlı, Azərbycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, "Avropa Gənclər Parlamenti - Azərbaycan"ın prezidenti Məhəmməd Əliyev, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib, daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirə moderatorluq edən layihə rəhbəri Murad Zeynalov layihə haqqında, layihə çərçivəsində görüləcək işlər barədə təqdimatla çıxış edib.

Sonda qonaqlar layihə haqqında öz fikirlərini bildirib, uğurlar arzulayıblar.