“Məktəb evimdir!” - icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Məktəb evimdir!” - icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin açılış mərasimi keçirilib.
Mərasim Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin idarəetmə komandası, müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “Məktəb evimdir!” proqramı çərçivəsində icma üzvlərini – valideynləri təlimatlandırmaqla icma-məktəb münasibətlərinin inkişaf etdirilməsi üçün 10 təşəbbüsün həyata keçirilməsidir. Layihənin məqsədinə çatmaq üçün məktəb kollektivi layihənin əhəmiyyəti, gələcək faydası və davamlılığı ilə bağlı məlumatlandırılacaq, icmanın əsas üzvləri olan məktəbin ibtidai sinif valideynləri üçün məktəb arasında əməkdaşlıq və onun formaları ilə bağlı təlim təşkil edilməsi, layihəyə cəlb olunacaq valideynlərin seçimi ilə bağlı kriteriyalar müəyyənləşdirilməsi əsas hədəflərdəndir.
Eyni zamanda icma tərəfindən icma - məktəb əməkdaşlıqları ilə bağlı ideyaların və təşəbbüslərin təşkil edilməsinə şərait yaradılacaqdır, “Məktəb evimdir!” təlim proqramının modullarını hazırlanacaq və müvafiq ekspertlər cəlb ediləcəkdir.