146
logo

“Səhnəmin ulduzları” layihəsinin açılış tədbiri

  • Çərşənbə 15 Noyabr 2023



Şabran şəhəri 5 nömrəli tam orta məktəbdə VII qrant müsabiqəsində “Ümumi təhsil müəssisələri”  kateqoriyası üzrə qalib olmuş “Səhnəmin ulduzları” layihəsinin açılış tədbiri keçirilib. Açılış tədbirində müəllimlər, şagird və digər qonaqlar iştirak edib.

Layihə rəhbəri, Şabran şəhər 5 nömrəli tam orta məktəbin direktoru İmarət Əsgərova çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlayıb. O, layihənin icrası zamanı qarşıya qoyulmuş vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, layihənin icrası müddətində dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.

Daha sonra qonaqlar da çıxış edərək layihə ilə bağlı fikirlərini söyləyiblər.

Qeyd edək ki, layihənin icra müddəti 20.09.2023-20.12.2023 tarixlərində planlaşdırılıb və layihənin əsas məqlədi şagirdləri teatrın əsəsları və təctübələri ilə tanış edilməsi, şagirdlərin daha çox sosiallaşmasının təmin edilməsi, şagirdlərin özlərini ifadə etməsi üçün şəraitin yaradılması, şagirdlərin planlaşdırma, işləri birgə icrə edə bilmə və asudə vaxtlarının doğru şəkildə istifadə edilməsidir.