Qrant layihə iştirakçıları Türkiyədə
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə İstanbul İl Milli Təhsil Müdirliyinin birgə əməkdaşlığı çərçivəsində Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan "Biz də sizdən biriyik, ən yaxşıya layiqik" adlı layihəsinin tədbirlər planına uyğun olaraq 7 nəfərdən ibarət müəllim heyəti "Özel eğitim uyğulamaları" mövzusunda 5 günlük təlimdə iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə səfər ediblər. Səfər müddətində İstanbul İl Milli Təhsil Müdiri Dos. Dr. Murat Mücahit Yentür müəllim heyəti ilə görüşüb.
Səfər iştirakçıları növbəti günlərdə "İstanbul Rehberlik Araştırma Merkezi"ndə, "Beşiktaş Saadet Özel Eğitim Meslek okulu"nda, "Kadıköy Sevgi Özel Eğitim Anaokulun"da və "Mediha Turhan Tansel özel eğitim uygulama okulun"da olublar. Müəllimlər məktəblərdə xüsusi təhsilin fərqli qaydalarını əyani olaraq izləmiş, sağlamlıq imkanları məhdud, əqli cəhətdən geriliyi olan uşaqların təlim-tərbiyəsi ilə əlaqədar beynəlxalq təcrübəyə əsaslanaraq Türkiyə özəl təhsil məktəblərində təkmilləşmə, ixtisaslaşma və təcrübə mübadiləsi keçiblər.
Müəllimlər üçün təşkil edilən təlim xüsusi təhsil üzrə mütəxəssis Seda Karakaşoğlu və xüsusi təhsil müəllimi Murat Elci tərəfindən aparılıb.
Qeyd edək ki, layihə 2022-2023-cü tədris ilində Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş 45 nömrəli xüsusi məktəbin "Dünəni dəyişə bilməsək də, sabahı qazanmaq öz əlimizdədir" adlı layihənin davamıdır.