“Təhsilin yaradıcı mühitin formalaşması” layihəsinin praktik çalışmaları
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müssabiqəsi çərçivəsində “Təhsilin yaradıcı mühitin formalaşması” layihəsinin növbəti tədbiri keçirilib.
Tədbirdən sonra Azərbaycan İncəsənət Məktəbinin müəllimi, Gənc tamaşaçılar teatrının aparıcı aktyoru və rejissor İmran Qurbanov çıxış edərək təlim iştirakçılarına aktyor sənətinin əsasları və mətn üzərində iş prosesi nəzəriyyəsi və praktiki çalışmalar keçirib.
Layihə “Azərbaycan İncəsənət Məktəbi”-in təşkilatı dəstəyilə Bakı şəhəri Yasamal rayonu 52 №-li tam orta məktəbi tərəfindən icra olunur.
İcra müddəti 6 ayı əhatə edən layihənin məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir.
Layihə çərçivəsində 52 nömrəli tam orta məktəbidən 30 şagird 4 ay boyunca layihə çərçivəsində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak edə biləcək. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onlar tərəfindən tamaşalar, maarifləndirici sosial video çarxların hazırlanmasına şərait yaradacaq.
Dərnək iştirakçıları tərəfindən hazırlanan Əbdürrəhim bəy Haqverdiyevin "Vaveyla" və Kəmalə Ağayevanın xalq nağılı “Göyçək Fatma” əsasında eyniadlı əsəri tamaşaları qeyd olunan məktəbdə və nəzərdə tutulan əlavə 5 məktəbdə şagirdlər üçün nümayiş olunacaq.