146
logo

Ucarda qrant layihənin bağlanış mərasimi keçirilib

  • Bazar ertəsi 22 Yanvar 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan Ucar rayonu Alpı kənd tam orta məktəbinin "Məktəbin savadlı maliyyəçiləri" layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində Ucar rayonu üzrə təhsil sektorunun əməkdaşları, rayonun ümumi təhsil müəssisələrinin direktorları və müəllimləri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözləri ilə açan layihə qalibi, Alpı kənd tam orta məktəbinin direktoru Səidə Quliyeva qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyəti və mahiyyəti barədə danışıb.
Daha sonra tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Layihənin məqsədi ucqar kənd məktəblərinin şagirdlərinin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsi və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması ilə maliyyə savadlılığının inkişaf etdirilməsinə yardımçı olmaqdır.
4 ay müddətində həyata keçirilən layihədə 4 kənd məktəbinin 60 şagirdi ilə 2 qrup şəklində, ümumilikdə, 5 gün ərzində pul nişanları, qənaət və israf, pulun tarixi və büdcə anlayışları mövzularında 30 saatlıq təlimlər təşkil olunub.
Qeyd edək ki, "Məktəbin savadlı maliyyəçiləri" layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində "ümumi təhsil müəssisələri" kateqoriyası üzrə qalib olub.