146
logo

STEAM- sizlərlə GƏLƏCƏK

  • Cümə 26 Yanvar 2024



Balakən rayon Qazbinə kənd tam orta məktəbində “STEAM-sizlərlə GƏLƏCƏK” layihəsinin icra prosesi yekunlaşıb. 

Ötən ilin sentyabrından başlayan layihə üzrə dərslərə 15 şagird cəlb olunub. 5-9-cu sinif şagirdləri üçün keçirilən STEAM dərslərində məktəblilər 3D modelləşdirmə ilə real həyatda istifadə edə biləcəkləri modellər yaradaraq 3D printerdə çap etmək bacarığını formalaşdırıblar. "Matatalab", "Lazer CNC" ilə tanışlıq və kəsim, VR və AR ilə iş öyrəniblər.

Layihə çərçivəsində dərs prosesində istifadə olunması məqsədi ilə "Snapmaker 2.0" modular "A250 en 3d laser engraving" printer, "LEGO Education SPIKE Prime", "Education starter kit for bbc microbit", "Merge VR/AR headset", "3d pen v2, 3D Printer Filaments, Matatalab Pro SET" ədəd, "Matatalab Lite" avadanlıqlar alınıb. Alınan bütün avadanlıqlar məktəbin invertar siyahısına əlavə olunaraq  şagirdlərin istifadəsi üçün əlçatan olacaq.

 

Layihənin əsas məqsədlərindən biri ucqar kənd məktəbində STEAM ləvazimatları əsasında şagirdləri ən son texnolojilərlə tanış etmək, beynəlxalq yarışlarda onların iştirakına şərait yaratmaqdan ibarətdir.

 

Layihənin icrası  25 yanvarda başa çatıb.