Quba rayonunun 40 nəfər şagirdi üçün 4 günlük yay düşərgəsi təşkil olundu.
Layihə çərçivəsində Quba rayonunun müxtəlif məktəblərində təhsil alan istedadlı, müxtəlif müsabiqə və yarışlarda, olimpiadalarda müvəffəqiyyət qazanan 40 nəfər 8-11 -ci sinif şagirdləri üçün yay düşərgəsi təşkil olunmuşdur.
Diqqət: Bu layihə III qrant müsabiqəsi çərçivəsində 01.08.2019-01.11.2019-cu il tarixləri arasında həyata keçirilmişdir. Yəni, COVİD-19 virusu yayılmazdan əvvəl baş vermişdir.
Düşərgə Qusar rayonunda yerləşən “Qusar bulaq" istirahət mərkəzində
təşkil olunmuşdur. Düşərgədə Quba şəhərinin 1,2,4,5 və 6 saylı məktəblərində,
eləcə de Qəçrəş, Qaraçay, Hacıqayıb, Alekseyevka, İsnovqışlaq kənd tam
orta məktəblərində təhsil alan şagirdlər iştirak etmişdir. 4 günlük düşərgə çərçivəsində
peşəkar təlimçlər tərəfindən şagirdlərə “Natiqlik və debat”, “İQ və EQ”, “Layihə
təkliflərinin hazırlanması” təlimləri keçirilmiş, əlavə olaraq müxtəlif əyləncəli
idman, intellektual oyunlar təşkil olunmuşdur.
40 nəfər şagird hər birində 10 nəfər olmaqla Azərbaycan
Respublikasının istehsal
etdiyi silahların adı ilə adlandırılan 4 qrupa
bölünmüşdür. Burada məqsəd həm də
şagirdlərin vətənpərvərlik
hislərinin yüksəldilməsinə nail olmaq idi. Hər bir
qrupu düşərgə motivasiyasını yüksəltmək üçün onlar arasında müsbət rəqabətliliyi yaratmaq məqsədilə keçirilən müxtəlif
yarışlarda tutduqları yerlərə müvafiq olaraq balla qiymətləndirilmişdir.
Düşərgədə şagirdlər arasında darts oyunu, şən startlar adlı idman
mübarizəsi yarışları, intellektual Kod Tusi oyunu, yaddaş proseslərinin öyrənilməsi
və inkişaf etdirilməsi məqsədilə yaddaş oyunu keçirilmiş və hər bir komanda bu
oyunlarda qazandığı xallara görə düşərgənin yekununda qiymətləndirilmişdir. Nəticələrə əsasən, “Mübariz” komandası birinci, "Yalquzaq"
komandası ikinci, “Şimşək” komandası üçüncü, “İstiqlal” komandası isə dördüncü
olmuşdur.
Düşərgə şagirdlərin marağına səbəb olmaqla yanaşı həm də
onlarda yeni biliklərin formalaşmasına xidmət
etmişdir. Belə ki, şagirdlər ilk dəfə layihə təklifinin hazırlanması təlimlərinə cəlb edilmiş və nəticədə 4 qrup müxtəlif
ideya təklifləri ilə çıxış etmişlər. “Kitab bilik mənbəyidir" adlı şagirdlər
arasında kitab oxumağın təbliği layihəsi, “Milli kinolarımızın təbliği” adlı
layihə, “Milli qəhrəmanlarımızı tanıyaq” adlı layihə, “İxtisas seçiminə kömək
edək” adlı layihə şagirdlər tərəfindən hazırlanaraq təqdim edilmişdir.
Eyni zamanda şagirdlər natiqlik təlimində təsirli çıxış etməyin
metodları, kütlə qarşısında çıxış metodikası, çıxış zamanı psxioloji gərginliyin
azaldılması ilə bağlı məlumatlar almış, ilk dəfə olaraq debat yarışlarında
iştirak etmişlər. Şagirdlər “Əlavə təhsil mərkəzləri şagird nailiyyətlərinin
artmasına xidmət edir" mövzusunda debat turnirində yarışaraq məlumat
toplamaq, təhlil və sintez etmək, araşdırmaq, dinləmək, sual vermək kimi yeni
biliker qazanmış və qabiliyyətlərini inkişaf etdirmişlər.
Kod Tusi və digər intellektual oyun zamanı şagirdlərər məntiqi və elmi biliklərini nümayiş etdirərək inkişaf etdirmişlər. Hər axşam təşkil olunan sosial gecələrdə isə şagirdlərə müxtəlif tapşırıqların hazırlanması verilmişdir. Vətənpərvərlik mövzuları, Nəsiminin 650 illik yubileyi ilə əlaqədar səhnəciklər, müxtəlif musiqi nömrələri və s. şagirdlərin xüsusi istedadlarının inkişafına səbəb olmuşdur.
Düşərgə iştirakçılarının bir qisminin düşərgə ilə bağlı fikirləri:
Afət Rəhimova: Hər şey əla idi. Sosial gecələrdə isə hər kəsin xüsusi istedadı üzə çıxdı. Hələ şən startlarda oğlanların qoruduğu qapıya penaltı zərbələri vurmaqla qalib gəlmək ayrı bir zövq idi.
Hacıağa
Hacıyev: Mən “Ölkəmizi tanıyaq” layihəsinə qoşulmaq istəyirdim. Bu düşərgə
mənim bu arzuma çatmağıma kömək oldu. Super idi hər şey. Həm əyləndik, həm öyrəndik.
Esmira Məhəddinova: Bu düşərgəyə gəlmək ümidim yox idi. Düşünmürdüm ki, evdən icazə verərlər kənar yerdə 4 gün qalmağa. Özüm də çəkinirdim. Amma həm təşkilatçılara, həm də valideynlərimə bu gözəl anları mənə yaşatdıqlarına görə təşəkkür edirəm.
Sadıq Mahmudov: İstedadlı şagirdlərlə bir arada olmaq menə
çox şey qazandırdı. Hərəmiz
bir sahənin adamı olaraq burda dostlaşdıq. Belə düşərgələr yeni dostluqlar üçün vacibdir.
Türkan Feyzullayeva: Hər şey gözəl idi. Mən
kənddə yaşayıram. İlk dəfə idi ki, geniş bir kütlə ilə düşərgədə
olurdum. Bu qədər əyləncəli olacağına inanmırdı. Çox şey öyrəndim.