146
logo

Gəncədə qrant layihənin icrası yekunlaşıb

  • Cümə axşamı 4 Aprel 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant qüsabiqəsinin qalibi olan Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin “Biz də sizdən biriyik, ən yaxşıya layiqik” layihəsinin icrası sona çatıb. 

Qeyd edək ki, layihə çərçivəsində məktəbin 7 nəfərdən ibarət müəllim heyəti “Özel eğitim uygulamaları” mövzusunda 5 günlük təlimdə iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə səfər ediblər. 

Səfər müddətində müəllimlərimiz İstanbul İl Milli Eğitim Müdürü Doç.Dr. Murat Mücahit Yenitür ilə görüşüb, “İstanbul Araştırma Merkezi”ndə, “Beşiktaş Saadet Özel Eğitim Meslek okulu”nda, “Kadıköy Sevgi Özel Eğitim anaokulu”nda və “Mediha Turhan Tansel özel eğitim uygulama okulu”nda olublar. 

Müəllimlərimiz məktəblərdə xüsusi təhsilin fərqli qaydalarını əyani olaraq izləmiş, sağlamlıq imkanları məhdud, əqli cəhətdən geriliyi olan uşaqların təlim-tərbiyəsi ilə əlaqədar Beynəlxalq təcrübəyə əsaslanaraq "Türkiye özel eğitim" məktəblərində təkmilləşmə, ixtisaslaşma və təcrübə mübadiləsi keçiblər.