146
logo

Qız şagirdlərin yaradıcılıq dərnəyi

  • Bazar ertəsi 8 Aprel 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Qız şagirdlərin yaradıcılıq dərnəyi” layihəsinin bağlanış mərasimi keçirilib.

Mərasim Ağcabədi Bayraq Muzeyində baş tutub. Tədbirdə layihə rəhbəri, məktəb direktorları, layihənin idarə heyəti üzvləri, müəllimlər və şagirdlər iştirak edib. 

Öncə çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd ümumtəhsil məktəblərdəki qız şagirdlərin yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, ictimai-sosial həyatda aktiv, onlar arasından istedadlıların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarət olub.

Bildirilib ki, layihə hazırlamadan öncə mövcud problemlər araşdırılmış və onların aradan qaldırılması istiqamətində layihənin vəzifələri təyin edilmişdir.

Layihə çərçivəsində Ağcabədi rayon məktəblərində geniş təbliğat işləri aparılıb, bu sahədə ekspertlər və xüsusi qonaqlar layihənin gedişatında iştirak edib, 40 qız şagird üçün ustad dərslər keçirilib, layihə çərçivəsində müsabiqə və sərgilər təşkil olunub, qız şagirdləri üçün yaradıcılıq dərnəyinin təşkil edilib, həmçinin layihənin bütün hissələrini özündə əks etdiran jurnal çap olunub.

Tədbirdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin uğurla yekunlaşdığını qeyd ediblər.