146
logo

“Rəqəmsal Pionerlər: Sabahin texnoloji liderləri” layihəsi uğurla yekunlaşıb

  • Bazar ertəsi 15 Aprel 2024



Lənkəran rayon A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin müəllimi Aynur Məmmədovanın təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra etdiyi “Rəqəmsal Pionerlər: Sabahin texnoloji liderləri” layihəsi  yekunlaşıb.

Əsas məqsədi şagirdlər arasında rəqabət şərtləri əsasında kompüter dəstəkli dizayn proqramlarını tədris etmək yoluyla gənclər arasında yeni texonologiyanın dəstəyi ilə yaradıcılığı inkişaf etdirmək və müasir rəqəmsal dünyanın tələblərinə uyğun gənc mütəxəssislərin yetişməsinə imkanlar yaratmaqdır.

Layihə çərçivəsində Lənkəran şəhərinin 2 orta məktəbinin hər birindən 15 nəfər, ümumilikdə 30 şagird rəqabət şərtləri əsasında seçilərək 2 ay müddətində kompüter dəstəkli dizayn proqramlarında iştirak edib və bu sahədə mühüm bacarıqlar qazanıblar. Layihə əsasən gənclərin texnologiya və yaradıcılığını inkişaf etdirməklə, onların gələcəkdə bu sahədə işlə təmin olunma potensialını artırmağa yönəlib. Belə ki, layihə çərçivəsində şagirdlər "Power Point", "Photoshop" və "Corel Draw" kimi təqdimat, dizayn və qrafika proqramlarını mənimsəyib, kompüter dizaynı bacarıqlarını təkmilləşdirib və yaradıcılıqlarını inkişaf etdirmək imkanı qazanıblar.  Təlimlər nəticəsində şagirdlər həmçinin effektiv məqsəd qoyma və vaxtın idarə edilməsi vərdişlərinə də yiyələniblər.

İki aylıq təlim proqramının sonunda hər iki məktəbin şagirdləri arasında dostluq müsabiqəsi keçirilib, onlar rəbqabətli və əyləncəli mühitdə öyrəndiklərini tətbiq etmək imkanı qazanıblar. Müsabiqədə qaliblər mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim edilib.

"Rəqəmsal Pionerlər: Sabahin texnoloji liderləri" layihəsinin uğuru kompüter dizaynı təhsilinin əhəmiyyəti haqqında məlumatlılığın artmasına və daha çox məktəb şagirdinin oxşar layihələrə qoşulmasına təkan verə bilər.