146
logo

“FərqindəSƏN” layihəsinin bağlanış tədbiri keçirilib

  • Çərşənbə axşamı 16 Aprel 2024



Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “FərqindəSƏN” layihəsinin bağlanış tədbiri keçirilib.
Bağlanış mərasimində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov, təhsil və gənclərlə bağlı layihələr üzrə ekspert Etiram Sadıqzadə və digər qonaqlar iştirak ediblər.
Bağlanış tədbirində çıxış edən layihə rəhbəri Mətanət Kərimova qonaqlara layihənin icrası haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edən Etiram Sadıqzadə ölkəmizdə bu kimi layihələrin icrasının vacib olduğunu qeyd edərək, növbəti illərdə də bu kimi tədbirlərin keçirilməsinə ehtiyac olduğunu bildirib.
Tədbirdə çıxış edən Ramin Mahmudov isə layihənin Quba məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə inteqrasiyasında valideynlərinin rolunu artırdığını və layihənin öz məqsədinə nail olduğunu vurğulayıb.
Qeyd edək ki, layihə çərçivəsində psixloq Ofelia Əliyeva tərəfindən Quba məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri üçün səkkiz modulu əhatə edən təlimlər keçirilib.
Sonda iştirak edən iştirakçılar layihə haqqında öz fikirlərini bölüşüblər, onlara sertifikatlar təqdim edilib.