Oxunun tədrisi metodikasına dair video-çarxlar hazırlanmışdır.
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən olan "Oxunun tədrisi metodikasına dair video çarxların çəkilişi" layihəsi çərçivəsində 5 ədəd video-çarx hazırlanmışdır.
Layihə Bakı şəhəri, Nərimanov rayonu, Ankara məktəb-liseyi tərəfindən həyata keçirilmişdir. Layihənin icrası zamanı, ilkin olaraq, beynəlxalq təcrübə araşdırılmış və müvafiq materiallar toplanmışdır. Toplanmış materiallar qruplaşdırılaraq tərcümə edilmiş, mövcud tədris proqramlarımıza uyğunlaşdırılmış və video-çarxların çəkilişi üçün çıxış mövzuları hazırlanmışdır. 2020-ci ilin mart-may ayları ərzində videolar çəkilərək montaj olunmuşdur.
Məlumata əlçatanlığı təmin etmək üçün layihədə çəkilmiş bütün video materiallar youtube səhifəsində yerləşdiriləcək.