146
logo

"TechnoMan" klubunun üzvləri Şirvan Steam Mərkəzinə ekskursiya ediblər

  • Çərşənbə 1 May 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan "TechnoMan" layihəsinin davamlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərən "TechnoMan" klubunun üzvləri 24 aprel 2024-cü il tarixində Şirvan STEAM Mərkəzinə ekskursiya ediblər.
Ekskursiyanın məqsədi "TechnoMan" klubunun üzvlərinin layihə çərçivəsində əldə etdikləri kodlaşdırma və dizayn bacarıqlarını EV3 robotları üzərindən tətbiq edərək inkişaf etdirməkdir.
"TechnoMan" klubunun üzvləri, Şirvan STEAM Mərkəzinin şagirdlərinin köməkliyi ilə ilk sadə robotlarını hazırlayaraq onu proqramlaşdırıblar.
Qeyd edək ki, layihənin davamlılığında klub üzvlərindən 1 komanda seçiləcək və onlar EV3 robotu üzərindən əldə etdikləri bilik və bacarıqlarını Dünya Robot Olimpiadasının Azərbaycan seçmələrinə qoşularaq sınaqdan keçirəcəklər.
Xatırladırıq ki, "TechnoMan" qrant layihəsi Salyan rayon H.Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbin informatika müəllimi Məmmədli Zeynəb tərəfindən icra olunur.