146
logo

Ölkəmizi qrant tətbiqi ilə tanıyaq

  • Cümə 31 May 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qrant qazanmış ""Mənim Vətənim" mobil tətbiqi" layihəsi Azərbaycan coğrafiyasını interaktiv və əyləncəli bir şəkildə daha dərindən öyrənmək imkanı verir.
Layihə çərçivəsində Azərbaycanın əsas coğrafi obyektləri haqqında məlumatların toplanması və işlənməsi məqsədilə ekspertlər və könüllü coğrafiya müəllimləri ilə əməkdaşlıq edilib. Toplanmış məlumatlar əsasında qrafik xəritələr hazırlanıb və həmin məlumatlar tətbiqə inteqrasiya edilərək funksional tətbiq yaradılıb. Tətbiq iki rejimdə fəaliyyət göstərir: Öyrənmə və oyun rejimləri. Tətbiq daxilində hər iki rejimdə iqtisadi rayonlar, çaylar, göllər, su anbarları, dağlar, milli parklar, su kanalları, Xəzər dənizi, tarixi məkanlar və faydalı qazıntılar kimi kateqoriyalar yer alır. Qeyd edək ki, mobil tətbiqin ana səhifəsinə "Böyük Qayıdış" kateqoriyası da əlavə edilib.
Mobil tətbiqdən əlavə olaraq, layihənin veb saytı da yaradılıb. Veb saytda müxtəlif məlumatlar və test tapşrıqları yer alır. Saytın əsas xüsusiyyətlərindən biri, hər bir müəllimin (istifadəçinin) hesab yaradaraq öz məqalə, test tapşırığı və anket sorğularını sayta yerləşdirməsidir.
Hazırda mobil tətbiqdən 150-dən çox istifadəçi aktiv şəkildə istifadə edir və istifadəçilərin çoxu tətbiqin keyfiyyət göstəriciləri olan beş ulduzlu şkala ilə qiymətləndirilir.
Xatırladaq ki, Yusif Vahabzadənin rəhbərliyi ilə həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycan coğrafiyasını interaktiv oyun şəklində şagirdlər tərəfindən öyrənilməsini, həmçinin müxtəlif siniflər üzrə coğrafiya fənninin tədris edilməsini asanlaşdırmaqdır.