“Məktəb jurnalistikası” qrant layihəsinin şagirdləri ekskursiyada
Bakı şəhəri T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin şağirdləri "Məktəb jurnalistikası" layihəsi çərçivəsində Şahdağ Milli Parkına aid olan Şamaxı bölgəsinə səfər ediblər.
Səfər zamanı şağirdlər və müəllimlər H.Əliyev Mərkəzi, M.Ə.Sabirin ev muzeyi, qədim Cümə Məscidi, Pirqulu qoruğunun təbiəti ilə tanış olublar. Bundan əlavə, məktəblilər ekskursiyada ekoloji, intellektual və fəal oyunlarla səmərəli vaxt keçiriblər.
Ekskursiyanın keçirilməsində məqsəd uşaqların dünyagörüşünün artırılması, tarixi biliklərinin zənginləşdirilməsi, ekoloji sahədə maarifləndirilməsi, müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarətdir.
Xatırladaq ki, “Məktəb jurnalistikası” qrant layihəsi çərçivəsində seçilən 50 şagird yazı bacarıqları, media mətninin yazılması, natiqlik, fotoşəkillərin çəkilməsi, saytda məzmunun idarəedilməsi kimi təlimlərə cəlb olunublar.