"İKT-İrs" layihəsinin bağlanış mərasimi onlayn şəkildə keçirildi
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Bakı şəhər, 39 nömrəli məktəb "İKT-İrs" layihənin bağlanış mərasimini onlayn şəkildə keçirdi.
Məlumdur ki, Nərimanov rayonu 39 nömrəli məktəb "İKT-İrs" layihəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkisaf və İnnovasiyalar üzrə lll Qrant müsabiqəsinin qalibi olmusdur. Noyabr ayında geniş şəkildə layihənin açilis mərasimi təşkil olundu. Mart ayında Novruz ərəfəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi, R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin "İKT-İRS" layihəsi üzrə "Turac və sehrli daraq" tamaşası 3ç sinif şagirdlərinin təqdimatında səhnələşdirilərək təqdim edilməli idi. Sinif rəhbəri Yeganə İbrahimovanın rəhbərliyi altında şagirdlərimiz bu tədbirə ciddi şəkildə hazırlaşırdılar. Lakin çox təəssüfki, bütün dünyanı ağuşuna alan virus ölkəmizdən də yan keçmədi. Bununla əlaqədar tədris prosesi təxirə düşdüyü üçün şagirdlərimiz tamaşanı təqdim edə bilmədilər. Bu səbəbdən İkt-İrs layihəsilə bağlı nəzərdə tutulmuş bağlanış mərasimi mövcud vəziyyətlə bağlı 30 iyun tarixində saat 13.00-da zoom proqramı vasitəsilə online həyata keçirildi.
Bağlanış mərasimində BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Uşaq yazıçısı Sevinc Nuru qızı, Suraxanı rayon mərkəzləşmiş kitabxananın müdiri Fatma xanım, Nərimanov rayon məktəb direktorları: “Tərəqqi” liseyinin direktoru Nasim Abışov, 47 nömrəli məktəbin direktoru Aytən Bağırova, 291 nömrəli Ekologiya liseyinin direktoru Kəmalə Mirzoyeva, 34 nömrəli məktəbin direktoru Rəhman Hacıyev, 193 nömrəli məktəbin direktoru Rahim Hüseynov, 212 nömrəli məktəbin direktoru Məlahət Rəhimova, 57 nömrəli məktəbin direktoru Gülnarə Cəfərova, 178 nömrəli məktəbin direktoru Laləndər Hasilova, 36 nömrəli məktəbin direktoru Emilya Səfərəliyeva, İrs mədəni təhsil mərkəzinin rəhbəri, kitab yazarı, prorofessor Solmaz Amanova və ibtidai sinif müəllimləri, şagirdlər və valideynlər iştirak edirdilər. Konfransı giriş sözü ilə açan layihə rəhbəri, məktəbin direktoru Tahirə Şükürova cıxış edərək layihə haqqında ətraflı məlumat verdi. Ötən 2019-cu tədris ilinin avqust ayında başlayan və 2020-ci ilin mart aylarını əhatə edən layihənin bağlanış mərasiminin bu günə düşməsinin səbəbinin pandemiya şəraiti ilə bağlı olduğunu konfrans iştirakçılarına çatdırdı. Bu layihənin həyata keçməsində, mövcud vəziyyətdə təhsilalanlara bu cür şəraiti yaratdığı üçün Təhsil Nazirliyinə dərin təşəkkürünü bildirdi. Layihənin məqsədinin Azərbaycan və rus bölməsi şagirdlərində milli mənəvi dəyərlərə hörmət hissinin aşılanması və onlarda ikt bacarığının inkişaf etdirilməsi olduğunu bildirib, sözü BSTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayevə verdi.
Fuad Babayev öz növbəsində çıxış edərək İkt-İrs layihəsinin uğurla başa çatması münasibətilə məktəb rəhbərliyi və pedoqoji kollektivi təbrik etdi. Daha sonra Solmaz Amanova cıxış edərək İrs tədris mərkəzi ilə birgə həyata keçirilən bu layihənin sona çatdığını bildirərək dedi ki, layihə əsasında görülən işlərin hər biri şagirdlərdə milli mənəvi və əxlaqi dəyərlərin inkişafına xidmət edib. Lakin təəssüf hissiylə qeyd etdi ki, daha geniş audutoriya üçün nəzərdə tutulmuş səhnələri, tamaşanın ərsəyə gəlməsi üçün hazırlanan kostyumları karantin şəraiti ilə əlaqədar olaraq nümayiş etdirə bilməsək də, online şəkildə sizlərə təqdim etdik. Layihənin yekununu vurduq, bu münasibətlə də hər kəsi təbrik edib təşəkkürünü bildirdi.
Sonra söz şagirdlərə verildi. Turac və sehirli daraq nağılı əsasında 3ç sinif şagirdləri və onların sinif rəhbəri Yeganə İbrahimovanın rəhbərliyi altında hazırlanmış tamaşadan epizodlar nümayiş etdirildi, mahnı ifa edildi. Sonda cıxış edən məktəb direktorları da layihənin bitməsi münasibəti ilə məktəb direktoru Tahirə Şükürovaya və kollektivə bu çətin şəraitdə onlayn keçirilən bu mərasimin təşkilinə görə təşəkkür etdilər. Bağlanış mərasiminin sonunda Tahirə Şükürova çıxış edərək konfransda iştirak edən hər kəsə bizə vaxt ayırıb iştirak etdiyinə görə təşəkkür etdi.