“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin açılış mərasimi
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Qaradağ rayon Gənclər və İdman idarəsi rəisi Elçin Abbasov, 288 №li tam orta məktəbin direktoru Aygün Hüseynova, Karneqi Klubun təsisçi-direktoru Nəcəf Allahverdiyev, 50-dən çox şagird və müəllim heyəti iştirak edib.
Xatırladırıq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 №li tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunur. Layihə çərçivəsində Karneqi Klub Treninq Mərkəzi ilə əməkdaşlığın qurulması, 9-11-ci sinif şagirdləri arasında layihənin təqdimatı, Xarizmatik natiq klubunun yaradılması və klubun fəaliyyət planı, xarizmatik natiq çıxışları və s. fəaliyyətlər nəzərdə tutulub. Fəaliyyətlərdən sonra 10 ən yaxşı çıxış edən şagird seçimi nəzərdə tutulub.