146
logo

“Ümumtəhsil məktəblilərinin “Yaşıl dünya“ əl işləri sərgisi“ adlı layihə icrasına başlayıb

  • Çərşənbə axşamı 26 Noyabr 2024



“Ümumtəhsil məktəblilərinin “Yaşıl dünya“ əl işləri sərgisi“ adlı layihə icrasına başlayıb.

Layihə çərçivəsində Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada əl işlərinə marağı olan şagirdlər üçün məşğələlərin keçirilməsi nəzərdə tutulur. Layihədə 4 qrup tərəfindən almaz mozaikalarla, ətirli şamla, ətirli sabunla, rəsm üzərində əl işləri məşğələləri təşkil ediləcək. 5-9-cu siniflərdən 40 şagird cəlb edilərək 2 ay müddətində həftədə 5 gün, hər gün 2 saat olmaqla, hər qrup üzrə 10 məşğələ təşkil olunacaqdır. Məşğələlər bitdikdən sonra şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunacaq.
Xatırladırıq ki, “Ümumtəhsil məktəblilərinin “Yaşıl dünya“ əl işləri sərgisi“ adlı layihə Göyçay şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kimya müəllimi Səadət Səfəraliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi internat məktəbində həm ümumi, həm də xüsusi sinifdə təhsil alan şagirdləri, rayonun ümumtəhsil məktəblərində təhsil alan şəhid və qazi övladlarını, valideyn himayəsindən məhrum olmuş şagirdlərin əl bacarıqlarının inkişaf etdirilməsi, qabiliyyətlərinin üzə çıxarılmasına nail olmaq, əməkdaşlığı təmin etməkdir.