“Valideyn məktəbi” məktəblilərin təlim nəticələrinə dəstək layihəsi icrasına başlayıb.
Layihənin açılış tədbirində Masallı rayonu üzrə Təhsil Sektorunun müdiri Elman Rzayev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova, Masallı Tarix-Diyarşunaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, məktəb direktorları, təlimçilər, QHT sədrləri, məktəbin müəllim kollektivi və valideynlər iştirak edib.
Xatırladırıq ki, " Valideyn məktəbi” məktəblilərin təlim nəticələrinə dəstək- adlı layihə, Leyla Şıxəlizadə tərəfindən Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində həyata keçirilir. Layihənin məqsədi, valideynlərin pedaqoji və psixoloji təlimlərə cəlb edilməsi yolu ilə şagirdlərin təlim nəticələrinin artırılmasına dəstək olmaq.