146
logo

Onlayn kitab təqdimatı keçirildi!

  • Bazar ertəsi 6 İyul 2020



        Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Vüsal Əliyevin "Yeniyetmələrin Beynəlxəlq Elm Olimpiadaları üçün Fizika üzrə hazırlıq vəsaiti" adlı layihə çərçivəsində hazırladığı vəsaitin təqdimat mərasimi keçirildi. COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə keçirilən qabaqlayıcı tədbirlərə uyğun olaraq, görüş virtual şəkildə baş tutdu.


       Təqdimat Təhsil Nazirliyi və Zirvə Liseyi rəhbərliyinin birgə iştirakı ilə baş tutdu. Tədbirdə 21 nəfər iştirak etmişdir. Açılış sözünü Zirvə Liseyinin direktoru Xəzər Babayev etdi. O, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi və kitabın fizika fənni üzrə beynəlxalq olimpiadalarda iştirak etmək istəyənlər üçün yaxşı vəsait olduğunu vurğuladı. Layihə rəhbəri Vüsal Əliyev kitab haqqında geniş məlumat verərək  vəsaitdə 2004-cü ildən 2018-ci ilə qədər müxtəlif ölkələrdə keçirilən beynəlxalq elm olimpiadasının final mərhələsində istifadə olunan suallar və onların həll yolları yerləşdirildiyini qeyd etdi. 

       Daha sonra Təhsil Nazirliyinin əməkdaşı da öz rəyini bildirərək  kitabın fizika fənni üçün lazımi vəsait olduğunu və gələcəkdə də bu tipli layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı. Eyni zamanda, digər iştirakçılardan Sevda Əsgərova və Seyran Səfərov da bu layihənin baş tutması üçün yaradılan şəraitə görə Təhsil Nazirliyinə öz təşəkkürlərini bildirdilər və tezliklə kitabdan faydalı resurs kimi istifadə edəcəklərini qeyd etdilər.