“Xəyallar düşərgədirsə, yollar əngəl deyil” adlı layihənin açılış tədbiri keçirilib
Daşkəsən rayon Xoşbulaq kənd ümumi orta məktəbin direktoru Müşfiq Məmmədovun rəhbəri olduğu layihə çərçivəsində 4 gün ərzində davam edən düşərgə icra edilib.
4 günlük düşərgədə hər gün sağlamlıq imkanları məhdud şagirdlər üçün psixoloq, sosial işçi və təlimçilər tərəfindən müxtəlif interaktiv oyunlar, inkişafetdirici və əyləncəli təlimlər, səhər sadə idman məşğələləri, eyni zamanda, müxtəlif terapiyalar (Art terapiyası, oyun terapiyası, rəqs terapiyası), iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncəli proqram, maraqlı yaxınlıqda yerləşən təbiətə ekskursiya təşkil edilib.
Hər günün sonunda uşaqlar müvafiq olaraq inkişafetdirici cizgi filmi izləyiblər, akt zalında səhnə və rəqs təlimlərinə qatılıb, fərdi istedadın aşkarlanması məqsədilə onlar üçün təşkil olunan minidisko, talant-şouda iştirak ediblər.
Düşərgənin birinci günündə ekskursiya təşkil olunub. Ekskursiya Daşkəsən rayonunun Bayan kəndində yerləşən Çiçərvəng məbədi, Bazilika, Qədim körpüdə olublar.
Qeyd edək ki, sözügedən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib laihələrindən biridir.