“"Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi" adlı layihə icra edilir
“"Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi" adlı layihənin açılış tədbiri keçirilib.
Tədbirdə UASB rəsm komitəsinin sədri, Orta Asiya və Azərbaycan təmsilçisi, Sülh rəssamı Nəvai Mətin, müsabiqənin münsiflər heyətinin üzvü Ehtiram Xəlilov, Ağstafa Dövlət Rəsm Qalereyasının direktor əvəzi Oruc Mansırov, Ekologiya üzrə mütəxəssis Ramilə Əhmədova, Poylu kənd tam orta məktəbinin direktoru Xatirə Həsənova, təsviri incəsənət müəllimləri və xüsusi istedadlı şagirdlər iştirak ediblər.
Layihənin məqsədi orta məktəb şagirdləri arasında ətraf mühit haqqında məlumatlılığı inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsi ilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.
Qeyd edək ki, 4 ay davam edəcək layihədə 18 yaş aralığında uşaq və yeniyetmələr iştirak edəcək. Layihə çərçivəsində ekoloji məlumatlandırma, rəqəmsal incəsənət alətlərinin təqdimatı və istifadə üsulları mövzusunda həftədə bir dəfə olmaqla 1 ay davam edən təlimlər keçiriləcək.
12 saatlıq şagirdlərin təlim proqramı ekoloji maarifləndirmə və davamlılıq mövzularına diqqət yetirəcək və təqdimatlar, seminarlar və müzakirələr olacaq.
Xatırladaq ki, "“Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi" adlı layihə Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbin təsviri invəsənət müəllimi Ələkbərova Həbibə tərəfindən həyata keçirilir.