""Yeni qalaktika" Makerthon 2024" layihəsi icra olunur
Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbdə ""Yeni qalaktika" Makerthon 2024" layihəsi icra olunur.
3 ay müddətində icra olunacaq layihənin məqsədi şagirdlərə astronavtika məzmunlu mühəndislik-dizayn həllərini proqramlaşdırma ilə inteqrasiyalı şəkildə öyrətmək, onların irəliləyişlərinə təkan verəcək "makerthon" formatında məşğələ və yarışları təşkil etmək, bu bacarıq və vərdişləri STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaqdır.
Xatırladaq ki, layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rəna Cananova tərəfindən icra olunur. Layihə çərçivəsində 7-8-ci sinif şagirdlərindən seçilmiş 30 şagirdin STEAM-da astronavtika mühəndisliyi məzmunlu yaradıcı məşğələlər təşkil olunacaq, layihəyə cəlb olunmuş şagirdlər arasında "Yeni qalaktika" "Makerthon" yarışı keçiriləcək, Tusi Bohem Planetarium və Azərkosmos ASC-yə ekskursiyalar təşkil olunacaqdır.