146
logo

"Sərhədləri aşan gələcək: Dil bil, uğur qazan" layihəsi çərçivəsində dərslərə start verilib

  • Çərşənbə 27 Noyabr 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Sərhədləri aşan gələcək: Dil bil, uğur qazan" layihəsi çərçivəsində dərslərə start verilib.
Layihə çərçivəsində həftədə dörd dəfə şagirdlər üçün əyani ingilis dili dərsləri təşkil edəcək. Dərslərdə əsas diqqət danışıq bacarıqlarının inkişafına yönəldilmişdir. Bundan əlavə, hər həftə şagirdlər üçün danışıq klubları, film günləri və müxtəlif məşğələlər keçiriləcəkdir. Hər ayın sonunda dərslərin nəticələrini qiymətləndirmək məqsədilə sınaq testləri təşkil ediləcəkdir.
Xatırladırıq ki, "Sərhədləri Aşan Gələcək: Dil bil, uğur qazan" adlı layihə 270 nömrəli tam orta məktəbdə Namiq İbadov tərəfindən həyata keçirilir. Layihənin məqsədi xarici müəllimin dəstəyi ilə şagirdlərin ingilis dili biliklərini inkişaf etdirmək və müasir tədris metodlarından istifadə edərək onları qlobal arenada rəqabətə hazır vəziyyətə gətirməkdir.