146
logo

"Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması qrant layihəsi icra edilir

  • Cümə axşamı 28 Noyabr 2024



"Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.
Layihə çərçivəsində məktəbin həyətində maneələr zolağı-oyun meydançası hazırlamaqla şagirdlərin fiziki, sosial və
intellektual inkişafı üçün imkan yaratmaq, problemləri həll etmə və komanda ilə işləmək bacarıqlarının inkişafını təşviq etmək, I, II və III siniflərdə təhsil alan 40 şagirdə maneələr zolağının vacibliyi və qaydaları ilə bağlı 2 ay müddətində həftədə 2 dəfə 1 saatlıq fəaliyyətlərin keçirilməsi, maneələr zolağında müxtəlif öyrədici oyunların təşkili, layihənin daha çox şagirdə fayda verməsi üçün qonşu məktəblərin şagirdləri üçün məktəbə infotur təşkil edilməsi nəzərdə tutulur.
Xatırladırıq ki, “Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması qrant layihəsi Zəhra Şərifli tərəfindən Məmmədli kənd tam orta məktəbində həyata keçirilir.