146
logo

Şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişafına dəstək

  • Cümə axşamı 28 Noyabr 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişafına dəstək” layihəsinin açılış mərasimi keçirilib.
Layihə çərçivəsində ingilis dili üzrə dərsdənkənar məşğələ təşkil olunacaq qrupda məktəbin V-IX sinfində təhsil alan 15 nəfər şagirdin olması nəzərdə tutulur. Məşğələlərə seçilmiş şagirdlərlə dərslər həftədə 3 dəfə olmaqla 2 dərs saatı müddətində keçiriləcək. Şagirdlərə həftədə 2 gün nəzəri biliklər öyrədiləcək. Üçüncü dərs günündə isə şagirdlərlə müxtəlif əyləncəli oyunlar, rol oyunları formasında danışıq dərsi təşkil olunacaq.
Xatırladaq ki, layihə Xeyransa Həsənli tərəfindən icra edilir. Layihənin məqsədi şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişaf etdirilməsi ilə təlim nəticələrinin yüksəldilməsinə dəstək verməkdir. Layihənin icra planına uyğun olaraq məktəbdə yeni bir xarici dil kabineti yaradılacaq və bu kabinet müasir avadanlıqlarla (kompüter, proyektor, səsgücləndirici və digər vasitələr) təmin olunacaq. Bu avadanlıqlar şagirdlərin ingilis dilində dinləmə və anlama bacarıqlarını inkişaf etdirməyə kömək edəcək və layihə bitdikdən sonra məktəbin istifadəsində qalacaq.

Daha sonra məktəbin V-IX siniflərində təhsil alan 112 şagirddən 15 nəfəri seçiləcək. Seçilmiş şagirdlərə ingilis dili üzrə dərsdənkənar məşğələlər keçiriləcək. Dərslərdə nəzəri və praktik biliklər, o cümlədən əyləncəli danışıq dərsləri və rol oyunları yer alacaq. Şagirdlər əlavə dərs vəsaitləri və “ROOF Academic Training” şirkətinin danışıq dərsləri ilə dəstəklənəcəklər.