“"Divarsız məktəb” şagirdlərin inkişaf düşərgəsi" layihəsi icra olunmağa başlayıb
“"Divarsız məktəb” şagirdlərin inkişaf düşərgəsi" layihəsi icra olunmağa başlayıb.
Qeyd edək ki, 4 ay davam edəcək layihə çərçivəsində Kub inkişaf modeli bir yaş qrupu üzrə Azərbaycan dilinə tərcümə ediləcək, qeyri-formal təhsil metodlarına əsaslanan 24 saatlıq proqram hazırlanacaq, daha sonra 3 müəllim seçilərək onlar üçün onlayn proqramın adaptasiya təlimləri keçiriləcək. Layihənin davamında məktəbdən 20-25 şagird seçiləcək və onlar üçün 3 günlük düşərgə təşkil ediləcək.
Xatırladaq ki, adıkeçən layihə Lənkəran rayon Qurumba kənd ümumi orta məktəbin tarix müəllimi Şamxal Hacıyev tərəfindən icra edilir. Layihənin məqsədi şagirdlərə ənənəvi sinif mühitindən kənara çıxaraq hərtərəfli öyrənmə mühitini təqdim etmək, şəxsi və sosial inkişaf imkanını təqdim etmək, həmçinin asudə vaxtlarını səmərəli keçirərək şəbəkələşmələrinə şərait yaratmaqdan ibarətdir.