“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsi icra olunur
“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları iştirak edərək öz fikirlərini bölüşüblər.
Layihə çərçivəsində VIII sinifdən 28 şagird həftədə 2 dəfə 1 saat olmaqla 4 aylıq kurslara qatılacaq və riyaziyyat dərslərini PhET platformasındakı simulyasiyalar vasitəsilə interaktiv şəkildə öyrənəcəkdir. Layihənin sonunda məktəbdəki riyaziyyat müəllimləri ilə görüş təşkil ediləcək, platforma haqqında məlumat veriləcək və könüllü 4 müəllim layihəni öz siniflərində tətbiq edəcəkdir.
Xatırladırıq ki, ""PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması"" adlı layihə Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbdə Rəna Heydərzadə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET platformasındakı interaktiv simulyasiya oyunları vasitəsilə VIII sinif şagirdlərinin riyaziyyat biliklərini dərinləşdirmək və onlarda fənnə qarşı maraq yaratmaqdır. Eyni zamanda bu təcrübənin digər riyaziyyat müəllimləri arasında yayılması ilə məktəbdə müasir öyrənmə metodlarının tətbiqi hədəflənir.