146
logo

"“Hazırcavab məktəblilər” məktəblilərarası debat çempionatı" layihəsi icra edilir

  • Cümə 29 Noyabr 2024



"“Hazırcavab məktəblilər” məktəblilərarası debat çempionatı" layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə məktəb direktorları və müəllimlər iştirak edərək layihə ilə bağlı fikirlərini bölüşüblər.
280 nömrəli tam orta məktəbin tarix müəllimi Şərif Hüseynovun rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi şagirdlər arasında ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, həmçinin onların müstəqil qərar qəbul etmə bacarıqlarının formalaşdırılmasından ibarətdir.
Qeyd edək ki, 4 ay davam edəcək layihə çərçivəsində 3 məktəbdən seçilən 45 şagird üçün əvvəlcə infossesiya keçiriləcək daha sonra 72 saatlıq təlim proqramı hazırlanacaq. Təlimlər yekunlaşdıqdan sonra Debat çempionatı təşkil ediləcək və qalib komandalar mükafatlandırılacaqlar.